Şənbə, 18 May

Yardımlıda torpaq sürüşməsi oldu

image

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

Xəbər verilir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

Torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41