Cümə, 17 May

Nazir elmi müəssisələrdə magistraturaların ləğvi məsələsinə aydınlıq gətirdi

image

Elm və təhsil naziri Emin Əmrullayev elmi müəssisələrdə magistraturaların ləğv edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təklifdən danışıb.

Məlumata görə, nazir jurnalistlərə açıqlamasında bu il elmi müəssisələrin magistraturalarına qəbul aparılıb-aparılmayacağına aydınlıq gətirib.

O bildirib ki, hələlik elmi müəssisələrin magistraturalarına qəbul planı elan olmayıb:

“Amma bildiyiniz kimi, bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanıb. Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika İnstitutunda aparılsın.Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik. Hansı mərhələlərlə olacağını isə yaxın həftələrdə biləcəksiniz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58