Şənbə, 18 May

Kürdəmirdə dəhşətli qəza - 2 ölü, 8 yaralı

image

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb. 

Xəbər verilir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41