Cümə, 17 May

Türkiyə kəşfiyyatının İŞİD liderini məhv etməsinin DETALLARI

image

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşinin Suriyada məhv edildiyini açıqlayıb.

Xəbər verilir ki, Ərdoğan yerli telekanallara müsahibəsində İŞİD liderinin öldürülməsi ilə bağlı xəbəri ictimailəşdirsə də, əməliyyatın detallarını açıqlamayıb.

“Bu şəxs dünən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilib”, - Ərdoğan müsahibəsində deyib. O bildirib ki, MİT uzun müddət Qureyşini təqib edib.

"Reuters" agentliyinin məlumatına görə, Suriyanın yerli və təhlükəsizlik mənbələri əməliyyatın ölkənin şimalında yerləşən Cinderes qəsəbəsində keçirildiyini bildirib. Həmin qəsəbə Suriyada Türkiyənin dəstəklədiyi silahlıların (Suriya Milli Ordusu) nəzarəti altında olan bölgədə yerləşir və fevralın 6-da baş verən zəlzələ zamanı ən çox zərər görən ərazilərdən biri olub.

Bölgə sakinlərdən biri agentliyə açıqlamasında deyib ki, şənbə günündən bazar gününə keçən gecə Cinderesdə atışma başlayıb, 1 saata yaxın silah səsləri eşidilib və sonda böyük partlayış baş verib. Daha sonra ərazi insanların yaxınlaşmasının qarşısını almaq üçün təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Qureyşi ötən ilin noyabr ayından başlayaraq terror təşkilatına liderlik edirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41