Şənbə, 18 May

İzmirdə yaşayış binası yandı

image

İzmirin Narlıdere rayonunda 4 bloklu 8 mərtəbəli binada yanğın baş verib.

Tezliklə alov bütün binanı bürüyüb. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası və təcili yardım qrupu sövq edilib.

Yanğında ara-sıra partlayış səsləri eşidilərkən, bina sakinləri xilasedicilər tərəfindən təxliyyə edilib.

Narlıdere Bələdiyyə Başçısı Əli Engin verdiyi açıqlamada yanğının səbəbi ilə bağlı hələlik məlumatın olmadığını bildirib.

Qeyd edək ki, bina məşhur müğənni İbrahim Tatlısəsin yaşadığı ərazidə yerləşir. Yanğın zamanı Tatlısəs evdə olmayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41