Cümə axşamı, 16 May

Separatçı rejim özünü “buraxmağa” hazırlaşır

image

Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Xankəndidəki separatçı rejimin ləğvi məsələsi aktuallaşır.

Xəbər verilir ki, separatçılar qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarıb.

Dəyişikliyə görə, qondarma “prezident” səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçilir.

Erməni şərhçi Akop Badalyan yazır ki, mövcud vəziyyətdə Araik Arutyunyan faktiki olaraq mövcud deyil: “Yeni dəyişiklik daha effektiv fəaliyyətə imkan yaratmağa hesablanıb”.

Separatçılar bu dəyişikliyi 44 günlük müharibədən sonra gündəmə gətiriblər. Laçın yolunda postun qurulmasından sonra məsələni daha sürətli şəkildə həll etməyə çalışırlar. Məqsəd “yarım-prezidentlik” modelini yaratmaq, qondarma “parlamentə” daha çox “səlahiyyət” verməkdir. Bunun iki hədəfi görünür:

Birincisi, Araik Azərbaycanın Xankəndinə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir: Laçın yolunda aksiya başladıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar icazə vermədi; postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür;

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlament"in önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb;

Hazırda Xankəndidə baş verənlər, separatçıların “evcik-evcik” oynamasından başqa bir şey olmadığını göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00