Çərşənbə axşamı, 07 May

“Al Market” mağazalar şəbəkəsi cərimələnir

image

“Azərsun Holdinq” MMC-yə daxil olan “Al Market” MMC cərimələnib.

Məlumata görə, “Al Market” barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.

İXM-nin 518.1-ci maddəsi yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlıdır.

Belə ki, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

İnzibati xətalar haqqında iş hakim Kənan Hüseynovun sədrliyilə araşdırılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24