Cümə axşamı, 02 May

“MÜHARİBƏYƏ SON QOYMAĞIN YEGANƏ YOLU BUDUR” – Budanov açıqladı

image

Ukrayna heç vaxt öz torpaqlarının bir hissəsini kiməsə verməyə razı olmayacaq.

Xəbər verilir ki, bunuUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində deyib.

Budanov bildirib ki, müharibəyə son qoymağın yeganə yolu 1991-ci ildəki sərhədlərə qayıtmaqdır. O, qeyd edib ki, ərazi problemləri həll olunmasa, Ukraynada müharibə heç vaxt bitməyəcək.

“Krım Ukrayna ərazisinin bir hissəsidir. Krım qaytarılmadan müharibə bitməyəcək. Heç kim bu müharibəni sonlandıra bilməyəcək, nə olursa olsun. Əgər biz sonda Krımı azad etsək deməli, bu, final sayıla bilər. Əgər Krımı azad etmişiksə və Donbass hələ də alınmayıbsa, deməli, bu, hələ son deyil”, - Budanov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15