Cümə axşamı, 16 May

Titanikdə yazılan 109 illik məktub tapılıb - Foto

image

Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar.

Xəbər verilir ki, 13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb:

"Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər ailəsinə məlumat versin".

Qeyd edək ki, möhürlənmiş şüşə butulkanı Kanadanın Houpvell-Rox qayalığındakı çimərlikdə istirahət zamanı Şervux ailəsi qumun içindən tapıb.

Xatırladaq ki, Titanik gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00