Bazar, 19 May

Bakı metrosunda ÖLÜM

image

Bakı metrosunda sərnişin dünyasını dəyişib. 

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Dərnəgül" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.

"Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib", - deyə QSC rəsmisi vurğulayıb.

Ölüm səbəbi hələlik məlum deyil, araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41