Cümə axşamı, 16 May

Bəşşar Əsədin iki qohumu atışmada ölüb

image

Suriyadakı rejimin başçısı Bəşşar Əsədin əmisi oğlu Arua Diba atışmada məhv edilib.

Xəbər verilir ki, atışma zamanı Bəşşar Əsədin daha bir qohumu Anur Xarun əl-Əsəd də öldürülüb.

Onların narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları bildirilib.

Məlumata görə, Səudiyyə Ərəbistanına göndərilərkən ələ keçirilən kaptaqon sintetik narktoik maddənin pullarının bölünməsi zamanı mübahisə yaranıb.

Bildirilib ki, bu, cinayətkar qruplar arasında atışmaya səbəb olub.

Arua Diba Suriyanın şimal-qərbində yerləşən Latakiya əyalətinin yaxınlığındakı Kardaha bölgəsində ələvilərin təhlükəsizliyi üzrə məsul şəxsdir.

Suriyanın rəsmi KİV-i hadisə ilə bağlı məlumat verməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00