Şənbə, 18 May

Sudanda döyüşlər nəticəsində 97 dinc sakin həlak olub

image

Sudanda ordu hissələri ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında aprelin 15-də başlayan döyüşlər nəticəsində yüzə yaxın dinc sakin həlak olub.

Xəbər verilir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqları tərəfindən yayılan bəyanatda bildirilir. Məlumata görə, mülki əhali arasında ölənlərin sayı 97 nəfərə çatıb. Döyüşən tərəflərin itkiləri haqqında isə hələ də məlumat yoxdur. Lakin şahidlər paytaxt Xartumun küçələrində hərbi geyimdə olan çoxsaylı cəsədlər gördüklərini deyirlər.

Bu arada Sudanın paytaxtında və bir çox digər şəhərlərində, xüsusən böyük hərbi bazanın yerləşdiyi Merove şəhərində döyüşlərin yenidən başladığı barədə xəbərlər yayılmaqdadır.

Aprelin 16-da Hökumətlərarası İnkişaf Təşkilatının (IGAD) sammitində Cibuti, Keniya və Cənubi Sudan prezidentlərinin müharibə edən tərəfləri barışdırmaq üçün Sudana getmələri qərara alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41