Cümə axşamı, 16 May

Kremldə hamı şokdadır - Qalyamov

image

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən sonra Putin və ətrafı depressiyaya düşüb.

Xəbər verilir ki, bunu politoloq, publisist Abbas Qalyamov deyib.

O bildirib: “Hamı şoka düşüb. Həbs qərarı Putinin ətrafında çox güclü və çox mənfi təəssürat yaratdı. Ağlı olanlar hələ müharibənin əvvəlində başa düşürdülər ki, bundan uzaq durmaq, birtəhər qarşısını almaq lazımdır”.

Qalyamovun fikrincə, Rusiya rəhbərinin əhatəsində olan hər kəs başa düşüb ki, Putinin əmrinə əməl etsələr, onun cinayətlərinə şərik olacaq və liderlə birlikdə məhkəmə qarşısına çıxacaqlar. Buna görə də Kremldə dəhşətli depressiya başlayıb:

“İndi onlar çaşqındır və nə edəcəklərini bilmirlər. Onların sağ qalma strategiyası yoxdur”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00