Bazar, 19 May

Vasif Talıbovun yerinə niyə seçki keçirilmir?

image

Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri postundan kənarlaşdırılmasından xeyli zaman keçsə də onun yerinə seçki keçirilmir.

Bir neçə aydır ki, onun səlahiyyətlərini Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov icra edir.

Ali Məclisin deputatı Anar İbrahimov açıqlamasında bu suala cavab vermək iqtidarında olmadığını deyib: “Mən bu barədə xəbərsizəm. Ali Məclisin rəhbərliyi seçki məsələsini elan edəndə məlumatımız olacaq. Ancaq gündəlikdə belə məsələ yoxdur. Hazırda Ali Məclis sədri vəzifəsini birinci müavin icra edir”.

Ali Məclisin digər deputatı Ülviyyə Həmzəyeva da bu məsələdən xəbərsiz olduğunu deyib: “Bu məsələ ilə bağlı gündəlikdə heç nə yoxdur. Nə zaman olacaqsa, biz də biləcəyik. Bu mövzu ətrafında müzakirə belə yoxdur”.

Ali Məclisin deputatı İsmayıl Qəribli də əməkdaşımızın sorğusuna cavab olaraq, bu məsələdən xəbərsiz olduğunu deyib: “Məndə bu barədə hər hansı məlumat yoxdur. Gündəlikdə olsaydı, bilərdim”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41