Çərşənbə, 15 May

ABŞ Rusiya Mərkəzi Bankının dondurulmuş ehtiyatlarını Ukraynaya göndərmək istəyir

image

ABŞ Rusiya Mərkəzi Bankının xarici banklardakı hesablarında saxlanılan dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etməyi düşünür.

Məlumata görə, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ABŞ-ın Ticarət Palatasının təşkil etdiyi ABŞ-Ukrayna tərəfdaşlıq forumunda deyib.
"Fevralda biz 5,4 milyon dollarlıq birinci tranşın ayrıldığını elan etdik və yenilərini planlaşdırırıq. Təbii ki, bizim və müttəfiqlərimizin 300 milyard dollar məbləğində dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri də müzakirə olunur”, - o bildirib.

Rəsminin sözlərinə görə, Dünya Bankı Ukraynanın bərpasını 411 milyard dollar qiymətləndirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00