Şənbə, 18 May

Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb - FOTO

image

“Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb”.

Xəbər verilir ki, bu barədə cümə axşamı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində süni intellektin ticarət sektoruna inteqrasiyası planlaşdırılır.

“Bu gün Azərbaycanda rəqəmsal dövriyyə aktiv şəkildə inkişaf edir və süni intellektin bu sektorda tətbiqi inkişafın sürətlənməsi üçün əlavə addımdır. Bundan başqa, rəqəmsal inkişaf üzrə beynəlxalq təşkilatlardan olan həmkarlarla birgə strategiyanın hazırlanması, xüsusən internetin sürətinin artırılması, əhatə dairələrinin genişləndirilməsi, müvafiq şəraitin yaradılması, maliyyə vəsaitinin əlçatanlığının təmin edilməsi, vençur kapitallarının formalaşması, habelə ölkənin rayonlarının rəqəmsal inkişafı üzrə işlər aparılır”, - deyə o bildirib.

T.Tağıyev qeyd edib ki, bütün bu işlər iqtisadiyyatın yüksəlişini, ölkədə rəqəmsallaşmanı, həmçinin innovasiya məhsullarının yaradılmasını sürətləndirməyə imkan verə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41