Bazar ertəsi, 29 Aprel

NASA müsabiqəsinin finalına çıxanlardan biri Zülfiyyənin qızıdır - VİDEO

image

Xəbər verdiyimiz kimi, NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq qatılan Azərbaycan elə ilk dəfədən mükafata layiq görülüb və finala vəsiqə qazanıb.

Xəbər verilir ki, komanda üzvlərindən biri Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dənizdir.

Bu barədə müğənni instaqramda yazıb: “Bütün komandanı və komandanın üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar. İlk dəfədən mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun!”

Qeyd edək ki, ilk dəfə bu müsabiqəyə qatılan Azərbaycan komandasının final mərhələyə yüksəlməyi artıq böyük uğurdur və yarışmanın tarixində nadir haldır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55