Cümə, 17 May

Xalq artisti İranə Tağızadə dəfn olunub - YENİLƏNİB + FOTO

image

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.

Xəbər verilir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** 12:18

Təzəpir məscidində Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə ilə vida mərasimi keçirilir.

Xəbər verilir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, İ.Tağızadə 1957-ci il mayın 7-də Bakı şəhərində anadan olub. O, aprelin 9-da vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58