Şənbə, 18 May

Beren Saat paylaşım etdi: Kənan Doğuluya hörmətsizlik...

image

Türkiyənin məşhur aktrisası Beren Saat 2004-cü ildə yol qəzasında həlak olan keçmiş sevgilisi Efe Gürayın doğum gününü İnstaqram hesabında yad edib.

Xəbər verilir ki, hər il Güray haqqında paylaşımı ilə diqqətə çıxan aktrisanın yazdığı qeyd izləyicilərini ikiyə bölüb.

Keçən il Efe Gürayın ad gününü qeyd etdiyi üçün Beren Saatla həyat yoldaşı Kənan Doğulu arasında qalmaqal yaşanmışdı.

İnstaqramda 5 milyona yaxın izləyicisi olan Beren Saat hesabının hekayə hissəsində Gürayın onu qucaqladığı fotosunu paylaşıb, "Ad günün mübarək. Mənim qəhrəmanım" qeydini yazıb.

Bir çox sosial media istifadəçisi aktrisanın paylaşımını həyat yoldaşı Kənan Doğuluya hörmətsizlik kimi qiymətləndirib. Bəziləri isə dünyasını dəyişən birinin xatirəsini anmağı sədaqət əlaməti sayıb.

Qeyd edək ki, Beren Saatın məşhur olmadığı vaxtlarda eşq macərası yaşayan Efe Güray 2004-cü ildə 19 yaşında yol qəzasında vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41