Cümə axşamı, 16 May

Bakıda Rusiya ordusunda xidmətlə bağlı buklet yayılır?

image

Bakıda Rusiya ordusunda xidmətlə bağlı "Babalarımız kimi vətən üçün çiyin-çiyinə duraq" başlıqlı bukletlər paylaşıldığına dair iddialar yayılıb.

Xəbər verilir ki, bukletdə "Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar" vəd edirlər.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məlumat araşdırılır.

Xatırladaq ki, bukletin üstündə olan nömrələrin Rusiyaya aid qısa nömrə olması bu bukletlərin Rusiyada yayıldığı ehitmalını da istisna etmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00