Cümə, 17 May

Azərbaycanda bank binası satışa çıxarılır

image

Aprelin 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Xəbər verilir ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 hektar torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 420 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41