Cümə axşamı, 16 May

Göyçayda dayısı 18 yaşlı bacısı qızını niyə öldürdü? - TƏFƏRRÜAT VİDEO

image

Göyçayda 18 yaşlı qız namus üstə qətlə yetirilib.

Verilən xəbərə görə, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən balınc ilə boğularaq qətlə yetirilib. Qətli törədən Vüqar Bədəlov polis əməkdaşları tərəfindən saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-cı il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq, kömək məqsədilə evə çağırdığı təcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.

Qeyd edək ki, dayı bacısı qızını namus üstündə öldürüb. Fatimə Məmmədova bir il öncə nişanlı olub, sonradan nişan üzüyünü qaytararaq Tərtər rayonundan olan bir oğlana qoşularaq qaçıb və iki ay sonra Tərtərdəki ər evindən Bakıya qaçıb. Qətlə yetirilən qız Bakıda mağazada işləyib, valideynləri ilə birgə kirayə yaşayıb. Dünən anası və qardaşı ilə Bığır kəndinə dayısıgilə gəlib. Dayı bacısı qızının "Tiktok"da yayılan videolarının biyarbırçılıq olduğunu deyib və buna görə aralarında söz-söhbət baş verib. O, əsəbləşərək qızı balıncla boğaraq öldürüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00