Cümə axşamı, 16 May

Bank hesablarından 20 min manat oğurlayan şəxs tutuldu

image

Martın 28-də və 30-da bir vətəndaşın 9845 manatının, digər vətəndaşın isə 9900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub. 

DİN-dən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00