Cümə axşamı, 16 May

Bu gün Ümumdünya Gülüş Günüdür

image

Bu gün Ümumdünya Gülüş Günüdür. 

Xəbər verilir ki, hər il aprelin 1-i rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur.

Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. Gəlin əvvəla bu günün tarixçəsinə bir nəzər salaq. Bəzi mənbələrə görə 1 aprel zarafatının yaranması belə olub:

Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri onları “aprel axmaqları” adlandırıblar.

1 aprelə isə “bütün axmaqların günü” adını veriblər. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər".

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

1 Aprel dünya əhalisinini 70 faizi tərəfindən əyləncə və aldatmaq günü kimi qeyd olunur. “Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir. Azərbaycanda da 1 Aprel bir əksər insanlar tərəfindən Gülüş Günü kimi qəbul olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00