Cümə axşamı, 02 May

Pentaqon: “Rusiya İranla misli görünməmiş hərbi əməkdaşlığa başlayır”

image

Rusiya İranla raket və hava hücumundan müdafiə sistemləri vasitələri də daxil olmaqla, görünməmiş hərbi əməkdaşlığa başlayır.

Xəbər verilir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloys Ostin bildirib.

“Biz xüsusilə İranın Rusiya ilə artan strateji tərəfdaşlığından narahatıq”, – Pentaqon rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığa İranın dronlarından Ukrayna ərazisində tətbiqi daxildir:

“Son bir ildə Rusiyanın İranla hərbi əməkdaşlığı dərinləşib. Bu həmin region üçün ciddi problemlər yaradır. İran Ukraynada mühüm döyüş təcrübəsi əldə edir və bu təcrübə Yaxın Şərqdə Tehranın nəzarətində olan qüvvələrə veriləcək”.

L. Ostin əlavə edib ki, Rusiya İrana misilsiz hərbi əməkdaşlıq, o cümlədən raketlər və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15