Bazar ertəsi, 15 Aprel

Saatlıda dövlət binasını yandırmağa cəhd edən şəxs saxlanıldı - VİDEO

image

Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsində yanğın olub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Həmin videoda bir nəfərin inzibati binanın döşəməsini yandırdığı görünür.

Xəbər verilir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Saatlı rayonu Əbilkənd kənd sakini, Vətən müharibəsi iştirakçısı Vilayət Həsənov Mil-Muğan Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsinə yaxınlaşaraq fərdi təsərrüfatla məşğul olmaq üçün iri və xırdabuynuzlu heyvan verilməsini tələb edib:

“Qeyd olunub ki, bu zaman həmin qurumun əməkdaşı ona 2021-ci ildə 21 baş xırdabuynuzlu heyvan verildiyini izah edib və hazırda onun bu tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib.

Bundan sonra V.Həsənov şöbəni tərk edib, bir müddət sonra isə yenidən qayıdaraq inzibati binanın birinci mərtəbəsinin döşəməsini yandırıb. Yanğın ətrafdakıların köməyi ilə söndürülüb.

V.Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və Saatlı Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 25 sutka inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, Vilayət Həsənov Vətən müharibəsinin iştirakçısı olub və dörd medalla təltif edilib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14