Cümə axşamı, 16 May

Pentaqon rəhbəri Bağdada gözlənilməz səfər etdi

image

Pentaqon rəhbəri Bağdada gedib.

Xəbər verilir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə elan olunmamış səfərlə bağlı “Twitter”hesabında yazıb:

“Bu gün Bağdada gəldim. Mən daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyərkən Birləşmiş Ştatlar və İraq arasında strateji tərəfdaşlığı bir daha təsdiq etmək üçün buradayam”.

Bağdadda Ostin və İraqın baş naziri Məhəmməd əl-Sudani arasında  görüş planlaşdırılır. Bundan sonra o, Kürd Muxtariyyətinin paytaxtı Ərbilə səfər etmək niyyətindədir və burada o, İraq Kürdüstanının rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Pentaqon Ostinin İraqa səfərini rəsmi olaraq açıqlamayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00