Çərşənbə, 15 May

Bakıda inkasator maşınına hücum: Baş Prokurorluq ilkin bəyanat yaydı

image

Bu gün Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı məlumat yayılıb.

Xəbər verilir ki, hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir: "Rəsmi qurumun açıqlaması gözlənilsin".

Qafqazinfo-nun məlumatına görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00