Çərşənbə, 15 May

Messinin ailəsinə silahlı hücum! - Argentinalı ulduzu ölümlə hədələdilər... - FOTO

image

PSJ-nin ulduz futbolçusu Lionel Messiyə silahlı şəxslər tərəfindən təhdid notası buraxılıb.

Xəbər verilir ki, bundan əlavə, səhər saat 03:00 radələrində Argentinanın Santa Fe əyalətinin Rosario şəhərində Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzonun ailəsinə məxsus supermarketdə atışma baş verib.

Məlumata görə, atəş açanlar iki nəfər olub, 14 dəfə atəş açılıb.

Hücum edənlər Messiyə təhdid məktubu yazaraq hadisə yerini tərk ediblər. Notda isə, "Messi, səni gözləyirik" sözləri öz əksini tapıb. 

Hadisə yaşanan məhəllə sakinlərinin sözlərinə görə, bu günə qədər belə bir şey olmamışdı:

"Silah səslərini eşidəndə televizora baxırdım. Hamımız eşitdik, qonşular çıxıb nə baş verdiyini görməyə çalışdı".

Santa Fe əyalətinin təhlükəsizlik naziri Klaudio Brilloni hücumu törədənlər haqqında heç bir məlumatlarının olmadığını bildirib. "Biz supermarketin normal işləməsini təmin edəcəyik" - deyə, Brilloni qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00