Bazar, 19 May

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

image

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

Xəbər verilir ki, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb.

Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41