Cümə axşamı, 16 May

Bakıda evdən 120 min dollarlıq qızıl OĞURLANDI

image

Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və ötən ilin dekabr ayından bu il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00