Cümə axşamı, 16 May

Putinə təsir göstərən Kovalçuklar kimdir? - SENSASİON DETALLAR

image

Rusiya prezidenti Vladimir Putinin fevralın 21-də Federal Məclisə müraciətindən iki gün öncə Kovalçuk qardaşlarının biznes təyyarəsi Valdayda görünüb. Qardaşların Rusiya prezidentinin fəaliyyətinə və fikirlərinə ciddi təsir göstərdiyi qeyd olunur.

Xəbər verilir ki, Putinin dostları Kovalçuk qardaşları ilə əlaqəli özəl aviaşirkətin təyyarəsi 2023-cü il fevralın 19-da Tver vilayətinin Boloqoye kəndi yaxınlığındakı “Xotilovo-2” hərbi aerodromuna eniş edib. Bu, Vladimir Putinin Valdaydakı iqamətgahına ən yaxın aerodromdur. Hava bazasından iqamətgaha qədər olan məsafə 60 kilometrdir.

“Xotilovo-2” aerodromundan Rusiya Federasiyasının Aerokosmik Qüvvələri və Prezident Administrasiyasının “Rossiya” xüsusi uçuş birliyi istifadə edir. Məsələn, 2022-ci il oktyabrın 19-da müdafiə naziri Sergey Şoyqunun da təyyarəsi ora enib. Lakin fevral 19-da eniş edən təyyarənin nə ordu, nə də prezident administrasiyası ilə əlaqəsi var - bu, Fransanın “Dassault” şirkətinin istehsalı olan “Falcon 8X” biznes təyyarəsidir. Həmin təyyarə formal olaraq Kovalçuk qardaşlarına bağlı “Russair” aviaşirkətinə məxsusdur. Həmin şirkətin sərəncamında yalnız iki biznes təyyarəsi var və üstəlik, onlar kommersiya uçuşları həyata keçirmir.

“Russair”in “Falcon 8X” təyyarəsi fevralın 19-dan əvvəl və ya sonra bir daha “Xotilovo-2” aerodromuna enməyib. “Transparency International” Rusiya təşkilatının baş direktoru İlya Şumanovun sözlərinə görə, Kovalçukların ya “Rossiya” uçuş birliyi ilə, ya da Müdafiə Nazirliyi ilə xüsusi razılaşması olub. Çünki başqa yolla kommersiya təyyarəsinin strateji əhəmiyyətli hava limanına enməsi mümkün deyil.

Şəxsi təyyarəni hərbi əhəmiyyətli aerodroma endirə biləcək qədər güclü görünən Kovalçuk qardaşları kimdir və onları Putinlə nə bağlayır?

Qardaşları təkcə Vladimir Putinin yaxın dostları deyil, həm də onun baxışlarına ciddi təsir edən insanlar adlandırırlar.
Kovalçukların ən gənci, 71 yaşlı Yuri pandemiya dövrünün əksər hissəsində Putinin ən çox təmas etdiyi şəxs olub. Bu ilin fevral ayında Putin 76 yaşlı Mixail Kovalçuku Rusiya Federasiyası Təhlükəsizlik Şurasının texnoloji suverenliyin təmin edilməsi üzrə komissiyasına daxil edib. “Novaya rasskaz-qazeta” böyük Kovalçukun Rusiya prezidentinin elmi dünyagörüşünə də ciddi təsir göstərdiyini yazıb.

Maraqlıdır ki, 2015-ci ildə Mixail Kovalçuk Federasiya Şurasında “dünyanı əsarət altına almağa çalışan qızıl milyardlar” və “Homo sapiensin alt növü olan “xidmətçi adam” yetişdirmək məqsədilə aparılan genetik təcrübələr” barədə hesabatla çıxış edib. Sonralar bu və ya digər formada həmin nəzəriyyələr Putinin çıxışlarında özünü göstərməyə başlayıb.

Putin və Yuri Kovalçuk “Ozero” kooperativinin həmtəsisçiləri olublar. Sonradan bu “kooperativ”dən çıxanlar Rusiyanın böyük oliqarxları və məmurlarına (məsələn, Vladimir Smirnov, Nikolay Şamalov, Sergey və Andrey Fursenkolar, Vladimir Yakunin) çevriliblər. Yuri Kovalçuk bir sıra aktivlərin əsas sahibi hesab olunur, onlardan ən böyüyü “Rossiya” səhmdar bankıdır. Bundan başqa, o, Milli Media Qrupunun sahibi Birinci Kanal, Beşinci Kanal, İzvestiya, “Domaşniy kanal” “Russkaya Slujba Novostey” kimi media orqanlarına rəhbərlik edir. Mixail Kovalçuk Kurçatov İnstitutunun rəhbəridir və Rusiya Elmlər Akademiyasında aparılan islahatların əsas müəllifi olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58