Şənbə, 18 May

“Zəlzələ peyğəmbəri” dünənki zəlzələni də öncədən bilib - Sabaha da proqnozu var

image

Türkiyədə baş vermiş dəhşətli zəlzələləri öncədən proqnozlaşdıran və “zəlzələ peyğəmbəri” kimi tanınan Frank Huqerbits ötən gecə baş verən zəlzələləri də əvvəlcədən bilib.

Xəbər verilir ki, məşhur mütəxəssis bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Huqerbits iki gün əvvəlki tvitində ötən gün Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən bəhs edib.

“Daha güclü afterşok, seysmik aktivlik təxminən fevralın 20-dən 22-dək baş verə bilər və potensial olaraq bu hal 22-də maksimuma çata bilər”, – deyə o, paylaşımda bildirib.

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Huqerbits buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

  • 18.05.2024 - 19:31
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41