Cümə axşamı, 16 May

Azərbaycandan Rusiyaya gedənlərin sayı artıb

image

2022-ci ildə Rusiyaya işləməyə gələn xarici ölkə vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 33,5 faiz, yaxud 871 min nəfər artaraq 3,47 milyon nəfərə çatıb. 

Xəbər verilir ki, ümumilikdə ötən il Rusiyaya 13 milyon xarici vətəndaş səfər edib.

Hesabatdan aydın olur ki, ölkəyə səfər edən xarici ölkə vətəndaşlarının sayında pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 2,5 dəfə azalsa da, onların arasında iş dalınca gələnlər cəmi 15,3 faiz azalıb.

2022-ci ildə Rusiyaya işləməyə gələnlərin 90 faizdən çoxu üç ölkənin - Özbəkistan, Tacikistan və Qırğızıstanın payına düşür. Ötən il Özbəkistandan iş üçün Rusiyaya gələnlər 35,1 faiz, yaxud 377,7 min nəfər, Tacikistandan gələnlər 51,8 faiz, yaxud 336,7 min nəfər, Qırğızıstandan gələnlər 17,7 faiz, yaxud 84,6 min nəfər, Qazaxıstandan gələnlər 118,3 faiz, yaxud 62 min nəfər, Azərbaycandan gələnlər 21,1 faiz 16,6 min nəfər, Vyetnamdan gələnlər 9 dəfədən çox, yaxud 8 min nəfər, Moldovadan gələnlər 87,7 faiz, yaxud 4,1 min nəfər, Türkiyədən gələnlər 12,9 faiz, yaxud 2 min nəfər, Türkmənistandan gələnlər 100 dəfəyə yaxın, yaxud 1,6 min nəfər, Çindən gələnlər isə 12,2 faiz, yaxud 1,3 min nəfər artıb.

Maraqlıdır ki, ötən il Ermənistandan Rusiyaya iş dalınca gedənlərin sayı 8,7 faiz, yaxud 15,6 min nəfər azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58