Şənbə, 18 May

Qarabağda yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Bu tarixə kimi 34 min ev tikiləcək

image

Keşmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtması üçün Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir.

Məlumata görə, 2026-cı ilə qədər Ağdama 42 min əhalinin köçürülməsi nəzərdə tutulub.

Ağdam şəhəri və kəndlərində ərazi planlaşdırmaq işləri başa çatıb. Tikinti layihələri isə yekunlaşmaq üzrədir. Bu, o deməkdir ki, artıq kəndlərin də tikintisinə başlanacaq. İlkin olaraq Xıdırlı və Sarıcalı kəndləri salınacaq. Bu kəndlərin də layihəsi hazırdır. Kəngərli kəndinin baş planı üzrə isə işlər yekunlaşır. Həmin planlar barədə Şəhərsalma məsələləri üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, 2026-cı ilə qədər 34 min 500 ev tikiləcək ki, bunun 16 mini Qarabağ iqtisadi rayonunun payına düşür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41