Bazar, 19 May

Nazirlikdən dəhşətli qəza ilə bağlı AÇIQLAMA: 2 müəllim...

image

Bakı-Quba yolunun 99-cu km-də, Siyəzən rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlər arasında müəllimlər də var.

Xəbər verilir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

"Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllimimiz qəzaya düşüb. Onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllimimiz isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də, Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes Vita" markalı "77-CY-723" dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı "50-DL-063" dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində "Mercedes"də olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41