Millimiz beynəlxalq turnirdə iştirak edəcək
Millimiz beynəlxalq turnirdə iştirak edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Xəbər verilir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşacaq. Digər matçda isə Tunis və Özbəkistan yığmaları üz-üzə gələcək.
Azadsoz.com