Cümə, 17 May

Bakı metrosunda iş vaxtı uzadılacaq - SƏBƏB

image

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun “Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

Xəbər verilir ki, bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58