Cümə, 17 May

Rusiya-NATO gərginliyi artır: Polşa ilə sərhəddə...

image

Hollandiya Müdafiə Nazirliyi Polşa sərhədi yaxınlığında NATO qüvvələri tərəfindən 3 Rusiya təyyarəsinin təsbit edildiyini açıqlayıb.

Xəbər verilir ki, Hollandiyanın F-35 təyyarələri NATO missiya zonasında 3 rus qırıcısının Polşaya yaxınlaşdığını görüb.

Məlumata görə, həmin qırıcılar Kalininqraddan havaya qalxıb. Daha sonra yaxınlaşan təyyarələrdən birinin “İL-20M Coot-A” tipli hərbi təyyarə, digər ikisinin isə SU-27 döyüş təyyarəsi olduğu öyrənilib.

Qeyd edilib ki, Rusiyanın Kalininqrad ərazisi həm NATO, həm də Avropa İttifaqının üzvü olan Litva və Polşa ilə həmsərhəddir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58