Çərşənbə axşamı, 19 Mart

Yeni doğulanlara ən çox hansı adlar verilib? - Siyahı

image

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Xəbər verilir ki, cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir:

Bu ilin ilk ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Yusifdir. Bu ad 68 uşağa qoyulub.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 66 uşağa Uğur, 65 uşağa Əli, 44 uşağa Hüseyn, 40 uşağa Ömər, 38 uşağa Məhəmməd, 35 uşağa Raul, 34 uşağa Murad, 30 uşağa Adəm və 26 uşağa isə Ayxan adı verilib.

Həmçinin, bu il ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu ad 71 uşağa qoyulub.

Bundan əlavə, 43 uşağa Zeynəb, 42 uşağa Mələk, 41 uşağa Nilay, 37 uşağa Məryəm, 37 uşağa İnci, 35 uşağa Aylin, 33 uşağa Ayla, 30 uşağa Fatimə, 27 uşağa isə Melisa adı verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11