Çərşənbə axşamı, 19 Mart

Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əl-ayağını bağlayıb, qızını zorladı - YENİLƏNİB

image

Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. 

Xəbər verilir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. 

O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.

Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

***09:31

Bakıda ana və qızı bıçaqlanıb, biri ölüb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11