Çərşənbə axşamı, 19 Mart

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır - Zurabişvili

image

"Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir".

Xəbər verilir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin diplomatik həllinə Abxaziya və Cənubi Osetiyadan rus qoşunlarının çıxarılması məsələsi də daxil edilməlidir.

“Gürcüstan məsələləri müzakirə edilməlidir, heç kim Rusiyanın bütün işğal olunmuş ərazilərdən geri çəkilmədən bu müharibənin həll edilə biləcəyini düşünməməlidir", - xanım Zurabişvili deyib. Onun sözlərinə görə, Rusiya müharibəni tam şəkildə olmasa da, artıq praktiki olaraq uduzub.

"Əgər Qərb Rusiyadan işğalçı qoşunların tamamilə çıxarılmasını tələb etməsə, o zaman böyük səhvə yol verəcək - 2008 və 2014-cü illərdəki kimi", - Gürcüstan Prezidenti əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11