Cümə, 17 May

Bəxtiyar Hacıyevin həbs müddəti UZADILDI

image

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Xəbər verilir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 38 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58