Şənbə, 18 May

İlon Maskdan sonra işçilərin 80%-i “Twitter”i TƏRK EDİB

image

“Twitter”in təxminən 1300 tam ştatlı əməkdaşı var.

Xəbər verilir ki, bu barədə CNBC telekanalı şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, şirkət İlon Mask tərəfindən satın alınana qədər orada 7,5 minə yaxın insan çalışıb.

Qeyd olunub ki, hazırda “Twitter”in 75 əməkdaşı məzuniyyətdədir.

Şirkətdən ayrılan mühəndisin sözlərinə görə, işçilərin ixtisarı xidmətin saxlanmasını çətinləşdirə bilər.

Xatırladaq ki, İlon Mask “Twitter”i oktyabrın sonunda 44 milyard dollara satın alıb. Bundan dərhal sonra o, şirkət işçilərinin yarısını ixtisar edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41