Cümə, 26 Aprel

Zakir Fərəcovla bağlı iddia: İşə çıxmır, fəaliyyəti araşdırılır - RƏSMİ AÇIQLAMA

image

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamalar başladığı haqqında məlumatlar yayılıb. 

Xəbər verilir ki, məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub.

Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.

Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir. 

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.

Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33