Bazar, 19 May

“Rolls-Royce” ötən il satış rekordu qırdı – Gəliri...

image

BMW-yə məxsus lüks avtomobil istehsalçısı “Rolls-Royce” 2022-ci ildə satış rekordu qırıb.

Xəbər verilir ki, bunu “Rolls-Royce”un baş direktoru Torsten Müller-Ötvös açıqlayıb.

Şirkət direktoru bildirib ki, “Rolls-Royce” 2022-ci ildə dünya üzrə 6 min 21 avtomobil sataraq rekorda imza atıb: “2022-ci ildə satılan avtomobillərin orta satış qiyməti 534 min dollar olub. 2021-ci ildə isə 5 min 586 ədəd avtomobil satılıb.

“Rolls-Royce” satışlarının 35 faizi Amerika qitəsində həyata keçirilib, Çin şirkətin ikinci ən böyük bazarı olaraq qalıb”.

Torsten Müller-Ötvös koronavirus tədbirləri səbəbiylə Çində satışlarda tək rəqəmli azalma yaşadıqlarını ifadə edib: “Ancaq digər bazarlardakı yüksəlişlər bu azalmanı kompensasiya etdi. Bütün modellərimiz üçün sifarişlərimizin ən çoxu 2023-cü ili əhatə edir.

Sifarişlərdə hər hansı bir yavaşlama görmədik. “Spectre” elektrik modelləri üçün ön sifarişlər gözləntiləri aşıb. 2023-cü ildə Rusiyaya satışı dayandırılsa da, böyüməyə davam edəcəyik”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41