Şənbə, 18 May

Bakı metrosunda sərnişin ölüb - YENİLƏNİB

image

Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub. 

Məlumata görə, bu, 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur. 

İlkin ehtimala görə, o, ürəktutmadan dünyasını dəyişib. 

***

"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.

Xəbər verilir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41