Şənbə, 18 May

Apple “iPhone SE” seriyasını ləğv edəcək?

image

Məşhur texnologiya analitiki Ming-Chi Kuo sərfəli iPhone SE seriyasının ləğv ediləcəyini bildirib.

Xəbər verilir ki, 2022-ci ildə satışa çıxarılan iPhone SE bütün xüsusiyyətlərinin digər modellərlə eyni olması və ekranının kiçik olması səbəbindən tələb olunmurdu. Kuo daha əvvəl iPhone SE dördüncü nəsil modelinin gecikdiyini açıqlamışdı. “Mənim son sorğum göstərir ki, Apple 2024-cü ildə kütləvi istehsalına başlanacağı gözlənilən iPhone SE 4 planını ləğv edə və ya gecikdirə bilər. Bunun səbəbi orta və aşağı səviyyəli iPhone-ların tədarükünün gözləniləndən xeyli aşağı qalması ilə bağlıdır ( SE 3, 13 mini, 14 Plus) və SE 4-ün tam ekran dizaynına keçid qaçılmaz olaraq maya dəyərinin/satış qiymətinin artmasına səbəb olacaq”,-deyə o, bildirib.

“Ona görə də, Apple iPhone SE 4-ün yerləşdirilməsi və sərmayəsinin qaytarılmasını yenidən nəzərdən keçirməli ola bilər. Həmçinin, lazımsız yeni məhsulun inkişafı xərclərinin azaldılması şirkətə 2023-cü ildə qlobal iqtisadi tənəzzülün çətinliklərinin öhdəsindən gəlməyə kömək edəcək”, – Kuo bildirib.

Digər tərəfdən, ötən aylarda aparılan sorğuda Apple müştərilərinin yeni bir iPhone forması istədikləri təsbit edilib. Anketə görə, Apple müştəriləri SE-dən başqa mini-forma iPhone istədiklərini bildiriblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41