Şənbə, 18 May

Məleykə Əsədova: “İncə bədənimlə kişi kimi savaşıram” - Video

image

“Atamın ağır xasiyyəti olub. Təhsil almağımıza icazə verməyib ki, qız uşağı tək qala bilməz. Bakıya gəlib oxumağımızı istəmirdi”.

Xəbər verilir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Xəzər" telekanalında yayımlanan “Evdəkilərə salam” proqramında qonaq olarkən deyib.

55 yaşlı sənətçi qadın kimi xoşbəxt olmadığını etiraf edib:

“Ailədə üç qız övladı olmuşuq. Məni dünyaya gətirmək istəməyiblər. Dünyaya gəldikdən sonra mələyə bənzəmişəm, buna görə də atam adımı Məleykə qoyub. Daha sonra qardaşım dünyaya gəldi, lakin qısa müddət sonra vəfat etdi. Atamın ağır xasiyyəti olub. Təhsil almağımıza icazə verməyib ki, qız uşağı tək qala bilməz.

Bakıya gəlib oxumağımızı istəmirdi. İndi incə bədənimlə kişi kimi savaşıram. Bir vaxt gələcək, qızım məni xoşbəxt edəcək. Qadın kimi yox, aktrisa kimi xoşbəxtəm. Həyatda çox əziyyət çəkmişəm, hər şeyin arxasınca özüm qaçmışam”.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41