Şənbə, 04 May

Zelenskiyə görə Olaf Şoltsu istefaya göndərəcəklər? - ŞOK DETALLAR

image

Almaniya kansleri Olaf Şolts Prezident Volodimir Zelenskiyə müraciət edərək, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.

Xəbər verilir ki, Şoltsun bu müraciəti Almaniyadan olan “Twitter” istifadəçilərini qəzəbləndirib.

Almanlar Şoltsun istefasını tələb ediblər.

İstifadəçilərdən biri yazıb ki, Ukraynaya davamlı dəstək Almaniyanı daş dövrünə qaytara bilər.

Başqa bir şərhçi qeyd edib ki, Şolts Ukraynadakı münaqişənin həllində vasitəçi ola bilməsə, Kiyevi yalnız silahla təmin edərsə və Almaniyanın iqtisadi vəziyyətini pisləşdirərsə istefa verməlidir.

Xatırladaq ki, yanvarın 5-də Almaniya kansleri ölkəsinin “Marder” piyada döyüş maşını və “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verəcəyini açıqlayıb.

Rusiyanın Almaniyadakı səfirliyi bunu münaqişənin gərginləşməsi istiqamətində atılan addım adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15